29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycan səfiri Türkiyə xalqına başsağlığı verdi

12 yan 2024 22:00
GÜNDƏM
ads

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkənin bir neçə hərbçisinin İraqın şimalında terrorçularla atışma zamanı şəhir olması ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib.

Publika.az-ın xəbərinə görə, səfir bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

R.Məmmədov qeyd edib ki, “Pence-Kilit” əməliyyatı bölgəsində terrorçularla atışmada Türkiyə əsgərlərinin şəhid olmasını, daha bir neçə əsgərin isə yaralanması xəbərini dərin hüznlə qarşılayıb.

Səfir Türkiyə xalqının dərdini bölüşdüyünü vurğulayıb, şəhidləriə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, terrorçuların hücumu zamanı 6 əsgər şəhid olub, 2-si ağır olmaqla 7 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya göndərilib. Türkiyə hərbçiləri 12 terrorçunu zərərsizləşdirib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur