28.04.24 | Bakı 27.03° C |
17:04:26
Lent :

Azərbaycan onları Özbəkistana təhvil verdi

18:00 27.03.2024
GÜNDƏM
ads

Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları öz ölkələrinə təhvil verilib.

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Özbəkistan Respublikasının vətəndaşları 1985-ci il təvəllüdlü Siyavuş Xalimoviçin Xasanov və 1990-cı il təvəllüdlü Sarvar Kamolitdin oğlu Abduraximovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistan Respublikasının qanunvericiliyinə uyğun olaraq dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilən Siyavuş Xasanov və Sarvar Abduraximov cari il mart ayının 6-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az