06.05.24 | Bakı 13.03° C |
07:05:54
Lent :

Argentina İranın Daxili işlər nazirinin həbsini tələb edir: Pakistana müraciət olundu

14:00 24.04.2024
GÜNDƏM
ads

Argentina hakimiyyəti 1994-cü ildə Buenos-Ayresdəki yəhudi mədəniyyət mərkəzinə edilən terror aktına görə məsuliyyət daşıyan İranın daxili işlər naziri Əhməd Vahidinin həbsini tələb edir.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Argentina 1994-cü ildə 85 nəfərin ölümü ilə nəticələnən AMİA-ya (Yəhudi Mədəniyyət Mərkəzi - red.) edilən hücuma görə beynəlxalq həbs tələb edir, hücumun səbəbkarları tam cəzasız olaraq rəhbər vəzifələr tutmağa davam edirlər. Onlardan biri də Argentina ədliyyəsi tərəfindən axtarışa verilmiş Əhməd Vahididir.

Bu şəxs İran İslam Respublikasının daxili işlər naziridir və hazırda Pakistan və Şri-Lankada səfərdə olan hökumət nümayəndə heyətinə daxildir.

"Argentina Pakistan və Şri-Lanka hökumətlərindən onun İnterpolun təklif etdiyi mexanizmlərə uyğun olaraq həbs edilməsini xahiş edib", - məlumatda deyilir.

Tural


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az