28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Araq içilən yerdə namaz qılmaq: “Kiminsə istirahətini pozmaq...”

22 fev 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Ötən gün Azərbaycanda keçirilən toyların birində qeyri-adi hadisə yaşanıb. Qonaqlar məclisin ortasında toplaşaraq, kütləvi halda namaz qılıblar. Bu hal ölkədə müzakirələrə səbəb olub. İnsanlar arasında birmənalı qarşılanmayan hadisəyə, toy sahibinin reaksiyası da narazılıqla nəticələnib. Bir çox insanlar toy məclisində ibadət etməkdə hər hansı bir nöqsan görməsə də, bəzi adamlar düşünür ki, bu sadəcə göstəriş üçün edilən bir davranışdır.

Publika.az xəbər verir ki, “Yeni Sabah”a açıqlama verən ilahiyyatçı Elşad Miri məsələyə belə münasibət bildirib:

“Həmin videogörüntüləri izləmişəm. Burada qəribə, qeyri-adi bir hal müşahidə etmədim. Bir çox şəxslər isə bu olaya qeyri-adi yanaşırlar. Burada bir məqam var. Əgər ibadət edənlər orada olan digər qonaqlara narahatlıq veriblərsə, bu doğru deyil. Ancaq dini toy mərasimi keçirilibsə, digər insanlar da bu haldan şikayətçi olmayıbsa, burada hər hansı bir qəbahətə yol verilməyib. Kiminsə haqqına girib, istirahətini pozmaq təbii ki, düzgün sayılmır. Ya da orada çox adam içki içir, azlıq da pis vəziyyətdə qaldığı halda bunu onunla müqayisə etmək lazımdır. Sözügedən durumda heç bir qəribəlik yoxdur. Sadəcə, indiyə qədər oxşar hala rast gəlinməyib deyə, cəmiyyətdə fərqli qarşılanıb”.

İlahiyyatçı qeyd edib ki, həmin şəxslər namaz otağında da öz ibadətlərini yerinə yetirə bilərdilər:

“Toy məclisi keçirilən məkanda namaz qılmaq üçün xüsusi bir otaq varsa, bu ibadəti orada da yerinə yetirə bilərdilər. Yox, əgər belə bir yer olmayıbsa, bunu normal qəbul etmək olar”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur