06.05.24 | Bakı 15.03° C |
11:05:59
Lent :

ABŞ-ın tələbi ilə 4 dəfə dəyişdirilən plan: İsrail böyük hücuma başlayır

11:00 24.04.2024
GÜNDƏM
ads

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə çox yaxın vaxtlarda hücum etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, İsrailin rəsmi televiziya kanalı KAN-ın adı açıqlanmayan hərbi mənbələrə istinadən verdiyi məlumata görə, İsrail ordusu çoxlu sayda fələstinlini tezliklə təxliyə etmək üçün Rəfahda quru işğalı əməliyyatına hazırlaşır.

Kanalın hərbi xəbər şərhçisi İtay Blumental bildirib ki, daha əvvəl Qəzzanın cənub və mərkəzi hissəsində beynəlxalq yardım təşkilatları və digər dövlətlər tərəfindən Rafahdan gələn köçkün fələstinlilər üçün minlərlə çadır hazırlanıb. O, quru əməliyyatı başlamazdan əvvəl təxliyyə ediləcək bölgədəki insanların xəbərdar ediləcəyini vurğulayıb.

KAN xəbər verir ki, ABŞ-ın şərtləri səbəbindən İsrail ordusunun hazırladığı plan 4 dəfə dəyişdirilib və yenidən işlənib. Aprelin 13-də İranın hücumundan sonra İsrailin məhdud reaksiya verməsinin səbəbi də “ABŞ-ın Rəfaha qarşı əməliyyata münasibətini yumşaltmaq” olub.

İsrail 1,5 milyon fələstinlinin sığındığı Rəfahı HƏMAS-ın son qalası olaraq xarakterizə edir.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az