İranın atom silahı istehsalı üçün nüvə materialı əldə etməsinə sayılı günlər qalıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlama verib.
"Onlar hələ silah istehsal etməyiblər, lakin əlbəttə ki, biz bunu çox diqqətlə izləyirik", - deyə Blinken bildirib.
O, ABŞ-ın məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu və administrasiyanın buna diplomatik yollarla nail olmağa üstünlük verdiyini də əlavə edib.
Tehranın nüvə proqramına nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi mayın 27-də dərc etdiyi son hesabatında Tehranın zənginləşdirilmiş uran ehtiyatını artırmağa davam etdiyini bəyan edib.
Bildirilib ki, İranın ümumi zənginləşdirilmiş uran ehtiyatı 3 ay əvvəlki hesabatla müqayisədə 675,8 kiloqram artaraq mayın 11-nə 6 min 201 kiloqrama çatıb.
Roza Şəfiyeva