ABŞ-da cəmiyyətin liberal və mühafizəkar təbəqələri arasında vətəndaş müharibəsi başlaya bilər.
Publika.az xəbər verir ki, məşhur amerikalı bloqer Cekson Hinkl təbəqələr arasında gözlənilən savaşın qarşısının alınacağına ümid etdiyini bildirib.
“Bir Amerika vətəndaşı olaraq deməyə hazıram ki, mən heç bir formada vətəndaş qarşıdurmasını qəbul etmirəm. Lakin ölkəmizin hansı istiqamətə doğru getdiyinə baxanda, yaxın gələcəkdə belə bir hadisə baş verərsə heç təəccüblənmərəm", - deyə Hinkl qeyd edib.
O əlavə edib ki, hazırda ABŞ cəmiyyətində güclü parçalanma var və bu parçalanma təkcə liberalların, mühafizəkarların oxu boyunca getmir. Hinklın sözlərinə görə, ABŞ elitası ölkənin maraqları, problemləri, gələcəyi, eləcə də evsiz və işsizlərin sayının fəal şəkildə artması və müəssisələrin bağlanması ilə maraqlanmır.
Bloqer bildirib ki, məhz belə şəraitdə dünyanın müxtəlif yerlərində silahlı münaqişələri “alovlandırmaq” Vaşinqton üçün faydalıdır.
Cəmilə