05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Trampın hədəsi bu 4 ölkənin liderlərini bir araya gətirdi: Şam yeməyində müzakirə

27 yan 2025 14:00
DÜNYA
ads
Advertisement

Danimarkanın baş naziri Mette Frederiksen Skandinaviya ölkələrinin hökumət başçıları üçün şam yeməyi verib.

QÜTB.AZ Danimarka mətbuatına istinadən xəbər verir ki, tədbir qeyri-rəsmi olub. Əsas mövzular Trampın Qrenlandiya və yeni dünya nizamı ilə bağlı açıqlamaları olub.

Şam yeməyinə İsveçin baş naziri Ulf Kristersson, Norveçin baş naziri Yonas Qar Styore və Finlandiya prezidenti Aleksander Stubb dəvət olunub.

“Krallığın mesajını təkrar edə bilərəm: Qrenlandiya satılmır və biz, Qrenlandiya istədiyi müddətcə Birliyimizi (Danimarka, Qrenlandiya və Farer adaları) saxlamaq istəyirik. Mən ABŞ-la güclü ittifaqın olması üçün mümkün olan hər şeyi edəcəyəm”, - deyə Mette Frederiksen bildirib.

Baş nazir həmçinin qeyd edib ki, onun hökuməti Vaşinqtonda yeni administrasiya ilə əlaqə saxlayır və onunla Arktika regionunda təhlükəsizlik məsələlərini müzakirə edir.

"Danimarka yaxşı müttəfiq olub və belə qalmaq niyyətindəyik", - Frederiksen əlavə edib.

O bildirib ki, yaxın gələcəkdə digər ölkələrin liderləri ilə də danışmaq niyyətindədir.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur