ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
Jan-Pyer qeyd edib ki, Amerika lideri Zelenski ilə Los Ancelesdəki güclü yanğınlar səbəbilə ləğv etdiyi səfər, o cümlədən Romadakı uğursuz görüş səbəbilə danışıb.
Ağ Evin mətbuat katibi söhbətin təfərrüatlarını daha sonra açıqlayacağını söyləyib.