15.10.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

Putin müharibəni bitirmək istəmir - TRAMP

15 okt 2025 03:00
DÜNYA
ads
Advertisement

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin barədə sərt açıqlama verib.

Qutb.az-ın məlumatına görə, o, hesab edir ki, Kreml rəhbəri Ukraynadakı müharibəni dayandırmaq niyyətində deyil və Rusiya iqtisadiyyatı yaxın zamanda çökmək ərəfəsindədir.

Tramp bu fikirləri Argentinanın prezidenti Xavyer Mileylə Ağ Evdə keçirilən görüş zamanı səsləndirib. O, həmçinin Ukrayna prezidenti Zelenskinin yaxın günlərdə Vaşinqtonda keçiriləcək görüşdə ABŞ-dan “Tomahawk” tipli raketlərin tədarükünü istəyəcəyini bildirib.

“Zelenski silah istəyəcək. O, "Tomahawk" raketləri almaq niyyətindədir. Bizdə bu raketlərdən çoxdur”, – deyə Tramp vurğulayıb.

Tramp həmçinin qeyd edib ki, Putinə qarşı şəxsi münasibəti dəyişməsə də, onun qərarlarını anlaya bilmir:

“Vladimirlə çox yaxşı münasibətlərimiz olub. Bəlkə indi də elədir. Amma mən anlamıram, niyə bu müharibəni davam etdirir. O, sadəcə müharibəni bitirmək istəmir”.

ABŞ lideri əlavə edib ki, davam edən hərbi kampaniya və sanksiyalar fonunda Rusiya iqtisadiyyatı “tezliklə dağılacaq”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur