25.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

İstanbulda nələr müzakirə olundu.. - DETALLAR

24 iyl 2025 07:00
DÜNYA
ads

Rusiya və Ukrayna hər iki tərəfdən 1 200-ə yaxın əsiri dəyişdirəcək.

Qutb.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin daha 3 min əsgərinin meyitini təhvil verməyi də təklif edib.

Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov isə deyib ki, Ukrayna atəşkəsə hazırdır və nümayəndə heyəti buna nail olmaq üçün istənilən, hətta ən kiçik fürsətdən istifadə edir.

"Bu gün Ukrayna Prezidentinin tapşırığına uyğun olaraq, nümayəndə heyəti İstanbuldadır. Danışıqlardan əvvəl komanda ilə son hazırlıq işlərini apardıq. Biz ədalətli və davamlı sülhün əldə olunması, bütün insanlarımızın, o cümlədən qanunsuz olaraq Rusiyaya deportasiya olunmamış uşaqların geri qaytarılması naminə danışıqlar prosesini davam etdiririk", - Umerov qeyd edib.

"Atəşkəs üçün bütün texniki mexanizmlər yaxşı məlumdur. Yeganə maneə Moskvanın qeyri-konstruktiv mövqeyidir", - Umerov əlavə edib.

O, həmçinin vurğulayıb ki, Ukrayna ardıcıl olaraq liderlərin görüşünün tərəfdarıdır.

"Biz dünən buna hazır idik, bu gün də hazırıq, sabah da hazır olacağıq. Rusiya öz hazırlığını nümayiş etdirməlidir", - Umerov yekunlaşdırıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur