08.09.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

İstanbulda gərginlik – Mitinqlər qadağan EDİLDİ

08 sen 2025 00:00
DÜNYA
ads
Advertisement

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul təşkilatının sədri məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılması və yerinə müvəqqəti rəhbərlik təyin edilməsinə qarşı etirazlar fonunda şəhərdə siyasi gərginlik yaranıb.

Qutb.az xəbər verir ki, CHP-nin Gənclər Təşkilatının çağırışı ilə partiya üzvləri partiya binası önündə toplaşıblar.

Lakin İstanbul Valiliyi 7–10 sentyabr tarixlərində şəhərin altı rayonunda bütün toplantı və aksiyaları qadağan edib. Qərara əsasən, yürüşlər, çadır qurmaq, imza kampaniyaları, oturaq aksiyaları və anma mərasimləri qadağan edilib.

Vali Davut Gül açıqlamasında məhkəmənin qərarını xatırladaraq yeni təyin olunan rəhbərliyin fəaliyyətinə mane olunmasının “cinayət məsuliyyət” doğuracağını bildirib. O, sosial şəbəkədəki paylaşımında “qanunsuz toplantı və çağırışların cinayət sayıldığını” vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
154 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur