08.12.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

İsrail bu ölkə ilə gizli görüşlər keçirirmiş

08 dek 2025 03:00
DÜNYA
ads

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək.

 

Qutb.az xəbər verir ki, “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib.

 

Məlumata görə, görüşdə İsraili “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea, Qətəri isə yüksək rütbəli bir məmur təmsil edəcək.

 

“Axios”un qeyd etdiyinə görə, Nyu-Yorkda keçiriləcək görüşdə əsasən Qəzza zolağındakı vəziyyət və Fələstinin HƏMAS hərəkatının tərk-silahı ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

 

İsrailin Baş naziri Binyamin Netanyahu daha əvvəl bildirmişdi ki, Doha ilə aparılacaq məsləhətləşmələr zamanı Qətərin “Müsəlman Qardaşlar” beynəlxalq islamçı hərəkatına göstərdiyi dəstək və “Əl-Cəzirə” telekanalının İsrailə qarşı düşmənçilik xarakterli redaksiya siyasəti kimi məsələləri gündəmə gətirməyi planlaşdırır. O, həmçinin Qətərin ABŞ universitetlərində antisemit əhval-ruhiyyəni qızışdırması ilə bağlı mövzunu da müzakirə etməyi nəzərdə tutduğunu vurğulamışdı.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur