03.07.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Diqqətli olun: avro daha da bahalaşacaq!

02 iyl 2025 12:00
İQTİSADİYYAT
ads

Azərbaycanda avronun məzənnəsi 2 manatı ötüb. Ötən gün Mərkəzi Bankın valyuta məzənnələri açıqlanıb.

Beləliklə, 2025-ci il iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Avro isə 2,0035 manata kimi bahalaşıb.

"Dolların avro qarşısında dəyər itirməsi Azərbaycan manatında da özünü göstərir"

Qutb.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, dolların digər valyutalar qarşısında dəyər qazanması və ya itirməsi Azərbaycan manatında da öz əksini tapır:

"Azərbaycanda avronun məzənnəsi ayrıca müəyyənləşdirilmir. Bizdə manatın məzənnəsi ancaq dollara görə inzibati qaydada 1 manat 70 qəpik olaraq tənzimlənir. Sonra dolların digər valyutalar qarşısında dəyər itirməsi və ya qazanması manatda da öz əksini tapır. Bizdə çarpaz məzənnə sistemidir, birbaşa məzənnə sistemi yoxdur. Avronun məzənnəsi ayırca müəyyənləşdirilmir. Son zamanlar dolların indeksində azalmalar var. Dollar avro qarşısında kifayət qədər ciddi dəyər itirib. İlin əvvəlindən bəri dollar 10 faiz dəyər itirib. Bu da manatın da avro qarşısında dəyər itirməsinə səbəb olub".

"Manat avro qarşısında ucuzlaşa bilər"

N.Cəfərli Azərbaycan manatının avro qarşısında 2 manatdan da çox ucuzlaşmasının mümkün olduğunu deyib:

"Bu proses bizdən asılı deyil. Dollar nə qədər avro qarşısında ucuzlaşacaqsa, manat da bir o qədər ucuzlaşacaq. Çünki ABŞ, indiki Tramp siyasəti ucuz dollar istəyir. Dollar ucuzlaşdıqca, ABŞ-dan dünyaya ixracat artır. Gələcəkdə Federal Ehtiyatlar Sistemi faizləri də endirəcək. Bu zaman dollar indeksində növbəti ucuzlaşmanı görəcəyik. Ola bilsin ki, Azərbaycan manatı avro qarşısında 2 manatdan da çox ucuzlaşsın".

Avronun güclənməsinin səbəbləri

İqtisadçı ekspert Eldəniz Əmirov avronun güclənməsinin səbəblərini izah edib:

"Ümumiyyətlə, burada bir neçə səbəb var. Bu səbəblərdən biri ABŞ-nin qeyri-stabil siyasət aparması ilə bağlıdır. ABŞ-nin qeyri-stabil siyasəti müəyyən qədər dollarla bağlı riskləri artırır. Digər bir səbəb isə Avropa İnkişaf Bankının avronun güclənməsi istiqamətində atdığı addımlarla bağlıdır. Avropa Mərkəzi Bankı uçot dərəcəsini stabil saxlayaraq avronun möhkəmlənməsinə şərait yaradır. Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin aşağı salınması ilə bağlı bilavasitə siqnallar verməsi nəticə etibarilə avroya tələbi artırıb. Avronun özünün də uçot dərəcəsinin stabil saxlanması, müəyyən qədər pul kütləsinin bazarda yığılması, nəticədə avronun dəyərini artırıb".

Ekspert vurğulayıb ki, avronun bahalaşması dolların ucuzlaşmasının nəticəsidir:

"Bunlar bir-biriləri ilə tərs mütənasibdir. Azərbaycan manatının məzənnəsi dollara nəzərən tənzimlənir. Belə olan halda dollar avro qarşısında ucuzlaşanda manat qarşısında da avro bahalaşır. Dollar və manat münasibətlərində 1-in 1,7-ə olan nisbəti hesab edirəm ki, il sonuna qədər qorunub saxlanacaq".     

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur