Seçkilərlə əlaqədar maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək
Türkiyədə şəxsi təyyarə qəzaya uğrayıb.
Qutb.az bu barədə TRT kanalına istinadən xəbər verir.
Məlumata görə, hadisə Bayburt-Ərzurum şəhərləri arasındakı ərazidə qeydə alınıb. Hadisə zamanı 2 nəfər itkin düşüb.
Əraziyə jandarma, xilasedicilər, təcili yardım maşınları cəlb olunub, axtarış-xilasetmə əməliyyatına başlayıb.
Yüngül mühərrikli təyyarənin qəzaya uğradığı ərazinin dəqiq müəyyən edilməsi üçün araşdırma aparılır.