08.09.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Bu şirkətin təsisçi həbs edildi

08 sen 2025 13:00
GÜNDƏM
ads

Baş Prokurorluqdan özəl turizm agentliyi qismində fəaliyyət göstərən MMC-lər tərəfindən tur paketlərinin və aviabiletlərin alınması ilə əlaqədar vətəndaşların aldadılması faktları ilə bağlı müraciət edib.

Baş Prokurorluqdan Qutb.az-a verilən xəbərə görə, müraciətdə deyilir ki, özəl turizm agentliyi qismində fəaliyyət göstərən “JOY TOUR” və “JOY TRAVEL” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Bakı şəhəri Xətai rayon prokurorluğuna çoxsaylı müraciətlər daxil olub.

Həmin müraciətlər əsasında aparılmış araşdırmalarla müəssisənin təsisçisi İlyasov Rəşad İsgəndər oğlunun öz qulluq mövqeyindən qulluq mənafeyinin ziddinə istifadə edərək müxtəlif xarici ölkələrə səyahət etmək üçün tur paketlərinin və aviabiletlərin alınması məqsədilə müəssisəyə müraciət edən 20-dən artıq şəxsdən aldatmaqla və etibardan sui-istifadə etməklə pul vəsaitlərini alaraq şəxsi ehtiyaclarına sərf edib dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, Rəşad İlyasov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtida istintaq çərçivəsində “JOY TOUR” və “JOY TRAVEL” məhdud məsuliyyətli cəmiyyətlərində baş vermiş hüquqpozmalar nəticəsində vurulmuş maddi ziyanın və həmin hüquqpozmalara məsul şəxslərin müəyyən edilməsi məqsədi ilə müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin kompleks yoxlanılması üçün auditor yoxlaması təyin edilməklə icrası Azərbaycan Respublikasının Auditorlar Palatasına tapşırılıb və müvafiq yoxlamaların nəticəsindən asılı olaraq baş vermiş cinayətin bütün iştirakçılarının ifşa və məsuliyyətə cəlb olunması təmin olunacaq.

Bununla əlaqədar, təqsirləndirilən şəxsin qanunsuz əməllərinə məruz qalmış vətəndaşlardan Bakı şəhəri Xətai rayon prokurorluğuna müraciət etmələri xahiş olunur.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur