16.08.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Azərbaycanla Ukraynanın XİN başçıları müzakirə apardılar

16 avq 2025 17:00
GÜNDƏM
ads
Advertisement

16 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Qutb.az-a bildirilib ki, Ukraynanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub. Tərəflər Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfinin Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma sahələrində dəstəyinə görə təşəkkür edib.

Nazir Andrey Sıbiha həmçinin Rusiya-Ukrayna münaqişəsi ətrafında aparılan danışıq prosesi barədə məlumat verib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur