08.09.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Türkiyə millisi Konyada "ÖLDÜRÜLDÜ"

08 sen 2025 07:00
DÜNYA
ads

Türkiyə yığma komandası 2026-cı il Dünya çempionatının seçmə mərhələsində ağır məğlubiyyətlə üzləşib.

Qutb.az xəbər verir ki, ay-ulduzlular Konya Böyükşəhər Bələdiyyə Stadionunda son Avropa çempionu İspaniyanı qəbul edib.

Türkiyə millisi rəqibinə 0:6 hesabı ilə uduzub.

Qonaqların qollarını Pedri (6 və 62-ci dəqiqələr), Ferran Torres (53-cü dəqiqə) və Merino (22, 45+1 və 57-ci dəqiqələr) vurublar.

Bu nəticədən sonra İspaniya 2 oyundan maksimum 6 xal toplayaraq E qrupunda liderliyini davam etdirib. Türkiyə isə 3 xalla 3-cü pillədə qalıb.

Türkiyə yığması növbəti oyununu 11 oktyabrda səfərdə Bolqarıstana qarşı keçirəcək. İspaniya isə həmin gün Gürcüstanı qəbul edəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur