08.09.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Bakıda“Slava Ukrayini!” səsləri eşidirik... - SƏFİR

08 sen 2025 07:00
DÜNYA
ads

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev iki ölkə arasında münasibətlərin son bir ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Qutb.az xəbər verir ki, o, bunu Ukraynanın “Teleqraf” nəşrinə verdiyi müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, SOCAR və “Naftoqaz” arasında imzalanmış müqavilə Ukraynaya qazın Transbalkan marşrutu vasitəsilə çatdırılmasını nəzərdə tutur:

“Bu, həm Ukrayna üçün, həm də Avropa ölkələri ilə əməkdaşlığın genişlənməsi baxımından çox mühüm marşrutdur. Rusiyanı isə bu əməkdaşlıq narahat edir, çünki regionun enerji təhlükəsizliyini gücləndirir”.

O, müqaviləni strateji tərəfdaşlığın ilk mərhələsi adlandıraraq xatırladıb ki, Azərbaycanın 1990-cı illərdə imzaladığı “Əsrin müqaviləsi” ölkəyə böyük fayda gətirib və bu təcrübə Ukrayna üçün də maraqlıdır.

Humanitar yardım və hərbi-texniki əməkdaşlıq

Səfir vurğulayıb ki, Azərbaycan Rusiyanın tammiqyaslı işğalının ilk günlərindən Ukraynaya yardım göstərib:

“Bu günədək yardımın ümumi həcmi 45 milyon dollara çatıb. Azərbaycan MDB ölkələri arasında Ukraynaya ən böyük humanitar dəstək göstərən dövlətdir”.

Onun sözlərinə görə, müharibədən əvvəl də iki ölkə arasında məhsuldar hərbi-texniki əməkdaşlıq olub və Kiyev bu istiqamətdə əməkdaşlığın bərpasında maraqlıdır.

Jurnalistin Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması barədə sualına cavab verən Qusev deyib:

“Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət yürüdür. Bu, Kremlə çox da xoş gəlmir, amma məhz bu müstəqillik ölkənin gücünü göstərir”.

Diplomat Azərbaycanın güclü ordusunun və inkişaf etmiş müdafiə sənayesinin regionda təsirli rol oynadığını vurğulayıb:

“Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan müxtəlif ssenarilərə hazırdır. Bu, onların güclü silahlı qüvvələri və NATO üzvü olan Türkiyə ilə əməkdaşlığı sayəsində mümkündür”.

Qusev bildirib ki, 2025-ci ilin ilk 7 ayında Ukraynanın Azərbaycana ixracı 9% artıb, ilin sonunadək isə biznes missiyaların təşkili nəzərdə tutulur.

Səfir, həmçinin Azərbaycan xalqının Ukraynaya göstərdiyi səmimi münasibəti xüsusi vurğulayıb:

“Bakı küçələrində insanlarla söhbətlərdə bunu hiss edirəm. Hətta səfirliyin Ukrayna bayraqlı maşını ilə hərəkət edərkən "Slava Ukrayini!" səsləri eşidirik. Bu, Azərbaycan xalqının səmimi dəstəyinin ən gözəl göstəricisidir”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur