23.04.24 | Bakı 21.03° C |
11:04:53
Lent :

Nura boyanan AZAD şəhər

21:21 27.12.2022
ads

Yolumuz yenidən Kəlbəcərədir. Son dəfə 2 ay əvvəl gəlmişdik bu cənnət diyara. Ötən səfərdən fərqli olaraq bugün bizlə birlikdə Kəlbəcərin yaşlı sakinləri daha çoxdur. Elə əsas məqsədimiz də onların fikirlərini gələcək nəsillərə çatdırmaq, eyni zamanda, erməni vandalizmini bu şəxslərin dilindən öyrənməkdir. Səfərimiz gecə saatlarında başladı. Günəşin ilk işartısında artıq Murov zirvəsindəydik. Sanki Kəlbəcər də bunun fərqindəydi. Hansı ki bu zirvə 90-cı illərdə əliyalan vətəndaşlarımızın üz tutduğu məkan idi. Ancaq o illərdən fərqli olaraq bu səfər zamanı hər kəsin üzündə təbəssüm, qəlbində sevinc vardı.


Yolumuza davam edirik. İlk dayanacağımız rayonun mərkəzində Kəlbəcər Şəhidlərinin xatirəsinə həsr olunmuş abidə olur. Vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edirik; abidənin önünə əklil qoyur, tər güllər düzürük. Bugün onların da ruhları şaddı. Axı, ziyarətlərinə Qalib Kəlbəcərin doğma sakinləri gəlib. 


Səfərimiz davam edir. Rayonun İstisu,Qılınclı, Nadirxanlı, Sarıdaş, Cəmilli, Dəmirçidam kəndlərində dağıdılmış qəbiristanlıqlar, təhsil müəssisələri, tarixi abidələri ilə də tanış oluruq..


Öz evlərini ziyarət edən yaşlı sakinlərin üzündəki təbəssüm bir anlıq donur. Gözləri önündə 30 il öncə öz əlləri ilə qurub yaratdığı evinin yalnız uçuq daşları qalmışdı. Kim bilir, bəlkə də burada yaşadığı uşaqlıq illərinin hər bir anı gözləri önündən film kimi keçir. Yalnız bu vaxta qədər dəyişməyən yeganə bir şey vardısa o da Kəlbəcərin əvəzsiz təbiəti idi. Uçuq evlər, yararsız hala salınmış küçələr və daha nələr nələr Kəlbəcər təbiətinin möhtəşəmliyi qarşısında aciz qalmışdı.


Səfərimiz Söyüdlü yaylağında yemək süfrəsində başa çatdı. Hər kəs doğma diyarlarında keçirdiyi xatirələrdən danışır, ağız dolusu xeyir dua verirdi. Kəlbəcəri gəzməyə hələ çox vaxtımız olacaq.Bizsə səfərimizi yekunlaşdırıb Bakıya dönürük.


Bugün Şücaətin arzuladığı Kəlbəcərdəydik. 

Sücaət, neyləyək baxt belə baxtdı, 

Darıxma, hər şeyi həll edən vaxtdı. 

Bir gün gülə-gülə qayıdacaqdı, 

Ağlaya-ağlaya köçən Kəlbəcər!



TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    21.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Kategoriyalar

    Qutb.az