19.07.24 | Bakı 27.03° C |
00:07:35
Lent :

28 may - Müstəqillik günüdür

14:34 28.05.2024
TARİXDƏ BU GÜN
ads

Müstəqillik Günü artıq 4 ildir ki, Azərbaycanda işğaldan azad olunan Qarabaq torpağında da qeyd olunur.


1917-ci il Rusiya inqilabı nəticəsində çar imperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı.


Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi: dünyada ilk dəfə qadınlara seçmə-seçilmə haqqı verdi, qadın-kişi bərabərliyini təmin etdi, milli ordusunu qurdu, milli bank yaradaraq pul vahidini dövriyyəyə buraxdı, demokratiya anlayışını gətirdi, azad seçki üsuli-idarəsi yaratdı, beynəlxalq əlaqələr quraraq dövlətlərin Azərbaycanın istiqlalını tanımasına nail oldu, Azərbaycanın ərazi bütövlüyünü qəbul etdirdi, iqtisadi islahatlar həyata keçirdi.


Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq istiqlal ideyası yenilmədi. 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.


Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında Müstəqillik Günü adlandırılmasına qərar verilib. Elə həmin gün də ölkə prezidenti İlham Əliyev "Müstəqillik Günü haqqında qanun"u təsdiqləyib.


Ziya Muharrem

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az