19.04.24 | Bakı 18.03° C |
09:04:29
Lent :

Zakir Qaralovun əmlakı müsadirə edilə bilər

09:59 02.06.2022
SİYASƏT
ads

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC növbəti dəfə məhkəməlik olub.

Qutb.az "qafqazinfo"ya istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 490.2-ci maddəsinin tələblərini pozub.

Gömrük qaydaları əleyhinə inzibati xətaya yol verməyə görə məhkəməlik olan şirkət, aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasında və ya bu əraziyə qaytarılmamasında ittiham olunur. Bu maddəyə görə, inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Nərimanov Rayon Məhkəməsində iyunun 13-də keçiriləcək prosesə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, bundan öncə “Akkord” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə də məhkəməyə verilib.

Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    18.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az