20.04.24 | Bakı 15.03° C |
05:04:00
Lent :

Xüsusi nümayəndə: "Ərdoğanla Paşinyan Praqada görüşə bilər"

17:30 29.09.2022
SİYASƏT
ads

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilə bilər".

"Qutb.az" xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini, Türkiyə-Ermənistan normallaşma prosesində rəsmi İrəvanın nümayəndə heyətinin rəhbəri Ruben Rubenyan “Azadlıq radiosu”nun erməni dilində redaksiyasına müsahibəsində deyib.

Müxbir soruşub ki, R.T.Ərdoğan və N.Paşinyan bir neçə gün sonra Çex Respublikasının paytaxtında keçiriləcək sammit çərçivəsində görüşə bilərlərmi? Xüsusi nümayəndə buna cavab olaraq söyləyib ki, belə bir görüş mümkündür. O qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə həsr olunan görüş keçirilə bilər və rəsmi İrəvanın bununla bağlı mövqeyində dəyişiklik yoxdur.

R.Rubenyan bildirib ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla sonuncu dəfə iyulda görüşüblər. Onun sözlərinə görə, həmin danışıqlarda iki ölkə arasında sərhədlərin açılması, avia yüklərin daşınması üçün birbaşa imkanların yaradılması kimi məsələlərə dair razılıq əldə edilibmiş.

R.Rubenyan xüsusi nümayəndələrin növbəti görüşünün sentyabrın 14-də keçirilməsinin nəzərdə tutulduğunu, lakin Azərbaycan və Ermənistan sərhədində sentyabrın 12-13-də baş verən gərginliyə görə təxirə salındığını söyləyib. Onun sözlərinə görə, növbəti görüşün tarixi hələ məlum deyil.

TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az