19.07.24 | Bakı 27.03° C |
00:07:46
Lent :

Tokayevlə Putinin telefon diplomatiyası

17:45 24.06.2024
SİYASƏT
ads

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.


QÜTB.AZ xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.

 

Tokayev telefon danışığı zamanı Dağıstanda törədilən terror aktları nəticəsində insan tələfatı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə və bütün Rusiya xalqına başsağlığı verib.


O vurğulayıb ki, Qazaxıstan dinc əhaliyə yönəlmiş istənilən qəddarlıq və zorakılıq təzahürlərini qəti şəkildə pisləyir, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid hesab edir.


Tərəflər terrorizm və ekstremizmə qarşı mübarizədə sıx əməkdaşlığın davam etdirilməsinin, eləcə də mötəbər beynəlxalq təşkilatlar çərçivəsində səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.


Prezidentlər Qazaxıstan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, həmçinin Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının gündəliyini müzakirə ediblər.




TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az