29.03.24 | Bakı 15.03° C |
14:03:31
Lent :

İlham Əliyevdən yardımla bağlı növbəti tapşırıq

22:19 06.02.2023
SİYASƏT
ads

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınacaq. 


"Qutb.az" xəbər verir ki, bu haqda FHN məlumat yayıb.


Bildirilib ki, təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. Hospital 4 funksional bölmədən qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.


İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınacaq.

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Bakı  ( 29.03.2024 )
    Ad
    Bugün
    Sabah
    İmsak
    05:02
    04:00
    Sübh
    05:07
    05:05
    Gün çıxır
    06:29
    06:27
    Zöhr
    12:45
    12:45
    Əsr
    17:12
    17:13
    Gün batır
    19:02
    19:03
    Məğrib
    19:17
    19:18
    İşa
    20:19
    20:20
    Tam siyahıya bax
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    109 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az

    © 2022 - Bütün müəllif hüquqları qorunur.