27.07.24 | Bakı 27.03° C |
10:07:42
Lent :

"Bu münasibətlərin əsası ümummilli liderin səfəri zamanı qoyulub" - CÜMŞÜD NURİYEV

21:49 09.04.2024
SİYASƏT
ads

"Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərin əsası ümummilli lider Heydər Əliyevin Qırğızıstana səfəri zamanı qoyulub. O vaxt "Manas" eposunun 1000 illiyi ilə bağlı Heydər Əliyev orada olmuşdu. İlham Əliyev də dəfələrlə Qırğızıstanda rəsmi səfərdə olub. Axırıncı dəfə isə 2022-ci ilin oktyabr ayında Qırğızıstana səfər etmişdi". 


Bu sözləri politoloq Cümşüd Nuriyev Azərbaycan Qırğızıstan münasibətlərini Qütb.az-a şərh edərkən söyləyib. Onun sözlərinə görə, Azərbaycan-Qırğızıstan münasibətləri çox yüksək səviyyədədir: 

"Ceyhun Bayramovun Qırğızıstanda səfərdə olması, geniş şəkildə görüş keçirməsi və Azərbaycan-Qırğızıstan arasında olan mövzuların müzakirəsi gözlənilən idi. Çünki Azərbaycan da, Qırğızıstan da Türk Dövlətləri Təşkilatında (TDT) təmsil olunur və bu təmsilçilik çox yüksək səviyyədədir. Azərbaycan-Qırğızıstan münasibətləri o çərçivədən başqa ikitərəfli münasibətlər də çox yaxşı səviyyədədir. Azərbaycan ziyalıları Bişkekə səfər edir. Orada Azərbaycanla bağlı çoxsaylı materiallar dərc olunub. Qırğızıstanda Türkdilli Dövlətlərə Dəstək Fondunun xətti ilə Azərbaycan mədəniyyət və incəsənətinin Qırğızıstana təbliği, Qırğızıstan mədəniyyət və incəsənətinin Azərbaycana təbliği çox yüksək səviyyədə həyata keçirilir. Azərbaycan-Qırğızıstan münasibətləri hazırda bu istiqamətdə inkişaf edir. Azərbaycan Qırğızıstana sərmayə qoymaq istəyir. Qırğızıstan da Azərbaycanda bəzi işlər görmək istəyir. Azərbaycan Qırğızıstana kənd təsərrüfatı sahəsində, turizm sahəsində münasibətləri yeni məcraya yönəldir. Təbii ki, xarici siyasət sayəsində yeniliklər var. Və bütün bunların əsas məqsədi Azərbaycan-Qırğızıstan münasibətlərini yeni müstəviyə keçirmək və burda hər iki ölkənin maraqlarına uyğun olan addımlar atmaqdır".

TEGLƏR
Müəllif : Aynur Babayeva
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az