19.07.24 | Bakı 27.03° C |
01:07:24
Lent :

4 kənd nəzarətə götürüldü: növbəti mərhələdə hansı ərazilər azad ediləcək?

11:06 24.05.2024
SİYASƏT
ads

Qazaxın 4 kəndi - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı bu gün Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülüb. Beləliklə, 44 günlük müharibə, ardınca Qarabağda suverenliyin bərpasından sonra Azərbaycan heç bir güzəşt etmədən işğal altında qalan torpaqların azad edilməsi istiqamətində növbəti qələbəni təmin etdi.


4 kəndin qaytarılmasının siyasi-hərbi üstünlükləri də var:


1. Azərbaycan və Ermənistan sərhədinin ilk demarkasiyası həyata keçirildi: bu, Bakı və İrəvanın problemlərini ikitərəfli formatda həll etməsi presedentini yaradır;


2. Azərbaycanın Qazax-Tavuş istiqamətində hərbi-strateji mövqeləri gücləndi: Ermənistanın “güclü” adlandırdıqları şimal müdafiə xətti faktiki olaraq ləğv olundu;


3. Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçdi: alternativ yol inşa etmək məcburiyyətindədirlər;


Və ən mühüm məqam Azərbaycan Qarabağın azad edilməsindən sonra sərhəd istiqamətində işğalda olan əraziləri nəzarətinə götürməyə nail oldu. Bu, perspektivdə anklavların, həmçinin, SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərin ən azı sərhəd boyunca yerləşən hissəsinin azad ediləcəyi gözləntisini də önə çıxarır.


Publika.az///


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    121 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az