29.03.24 | Bakı 8.03° C |
11:03:02
Lent :

28 May – Müstəqillik Günü Londonda qeyd edilib

11:13 26.05.2022
SİYASƏT
ads

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda 28 May – Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil edib.

APA-nın London müxbirinin verdiyi xəbərə görə, “Lancaster House”da keçirilən tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniya Lordlar Palatasının üzvü Lord David Evans, Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.


• Mixalko: “Azərbaycanla yeni layihələrin həyata keçirilməsini səbirsizliklə gözləyirik”

• Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçirilib - YENİLƏNİB

• Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır” Tədbirdə əvvəlcə Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bu günün tariximizdə önəmli bir əhəmiyyət kəsb etdiyini, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlamentli respublika olduğunu bildirib.

Müstəqilliyin bərpasından keçən dövr ərzində müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, keçdiyi inkişaf yolundan söhbət açan səfir, bu gün Azərbaycanın dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq üzrə tanınmış mərkəzə çevrildiyini qeyd edib.

Səfir bu gün təkcə Azərbaycanın Müstəqillik Gününün qeyd edilmədiyini, həmçinin ölkəmizin işğaldan azad etdiyi torpaqlarda beynəlxaq hüququ bərpa etməsinin də qeyd edildiyini bildirib.

O, Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə də toxunub, əlaqələrin bütün sahələrdə sürətlə genişləndiyini diqqətə çatdırıb.

Elin Süleymanov enerji sahəsində əməkdaşlığın da yüksək səviyyədə olduğunu bildirib.

Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan və Böyük Britaniya arasındakı əməkdaşlığın qədim tarixə sahib olduğunu bildirib, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini vurğulayıb.

Baronessa Emma Nikolson Böyük Britaniya ilə Azərbaycanın iqtisadi və siyasi əlaqələrinin möhkəmlənməsinin vacib olduğunu bildirib.

O, ticari əlaqələrin çox güclü olduğunu və daima inkişaf etdiyini də qeyd edib.

Baronessa çıxışında Kraliça II Elizabetə “Şöhrət” adlı Qarabağ atının təqdim edilməsini xatırladıb və bu qeyri-adi və gözəl hədiyənin Kraliça tərəfindən çox bəyənildiyini bildirib.

Baronessa qeyd edib ki, bu iki ölkə arasındakı güclü dostluq əlaqələrinin simvoludur.

Tədbir mədəni proqramla davam edib.

Daha sonra tədbir çərçivəsində milli musiqilər səsləndirilib, milli mətbəxdən təamlar təqdim edilib.


TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Bakı  ( 29.03.2024 )
    Ad
    Bugün
    Sabah
    İmsak
    05:02
    04:00
    Sübh
    05:07
    05:05
    Gün çıxır
    06:29
    06:27
    Zöhr
    12:45
    12:45
    Əsr
    17:12
    17:13
    Gün batır
    19:02
    19:03
    Məğrib
    19:17
    19:18
    İşa
    20:19
    20:20
    Tam siyahıya bax
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    109 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    8.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az

    © 2022 - Bütün müəllif hüquqları qorunur.