17.05.24 | Bakı 14.03° C |
09:05:57
Lent :

Xəstə təcili yardım otağında həkimləri 10 saat gözlədi: Öldü

14:00 16.02.2024
SƏHİYYƏ
ads

Fransanın şimalındakı Val d'Oise departamentinin sakini həkim müayinəsini gözləyərkən təcili yardım otağında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, xəstənin Eaubonne şəhərindəki Simone Weil xəstəxanasına qarın ağrısı şikayəti ilə gəldiyi bildirilir. Ayaqlarında şiddətli şişkinlk yaranan xəstə on saatdan çox gözləmə zalında gözləyib və bu müddət ərzində ona sadə ağrıkəsici verilib. Xəstə bütün gecəni gözləmə zalında oturub və vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşib. Yalnız bundan sonra o, terapiya şöbəsinə yerləşdirilib, lakin yarım saatdan sonra dünyasını dəyişib.

Mərhumun qızı şikayət edərək bildirib ki, xəstəxana işçiləri anasının səhhətinin kəskin şəkildə pis olmasına baxmayaraq, xəstədə "xəstəliyin ciddiliyinə dair heç bir əlamət göstərmədiyi"ni izah ediblər. Xəstəxana rəhbərliyi bildirişdə, "tibb işçilərinin həddindən artıq yüklənməsini" qeyd edərək, hadisəni araşdırdığını deyib.

Ölkə mediasının məlumatına görə, bu xəstəxanadan şikayət ilk dəfə deyil. Belə ki, 2023-cü ilin dekabrında əlli yaşlı fransalı sakin 44 saat gözləmə otağında gözləyib. Bundan sonra xəstə prokurorluğa müraciət edib.

Cəmilə


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az