20.05.24 | Bakı 19.03° C |
22:05:25
Lent :

Azərbaycanı "sarılıq" xəstəliyi bürüyüb: Necə qorunaq?

16:00 25.01.2024
SƏHİYYƏ
ads

Ötən ilin son aylarından başlayaraq, Azərbaycanın ayrı-ayrı ərazilərində hepatit A virusuna yoluxma halları qeydə alınıb. 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə “Hepatit A” diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub.

Məsələ ilə bağlı həkim-terapevt Sübhan Hacıyev Publika.az-a açıqlama verib.

O bildirib ki, tibdə “hepatit A” kimi, el arasında isə sarılıq kimi bilinən xəstəlik yoluxdurucudur:

“Bu xəstəlik zamanı xüsusi simptomlar digər xəstəlik infeksiyaları ilə çox oxşar olur. Əsas fərqi isə qanda bilirubin maddəsinin artması nəticəsində göz və dəridə saralmalar olur. Buna görə də insanlarda halsızlıq, saralma, yorğunluq, tərləmə, şiddətli qusma və ishallar baş verir. Bunun fonunda isə ciddi şəkildə elektroid pozulması baş verir. Orqanizmdə olan bir çox elektroidlərimiz olan: natrium, kalium, kalsium, maqnezium yuyulub getdiyi üçün ciddi şəkildə fəsadlar yaranır. Əfsus ki, “hepatit A” xəstəliyinin xüsusi bir müalicəsi yoxdur. Yalnız ağırlaşmaların qarşısını almaq olur. Başqa bir yolla isə ağırlaşma dövründə yaranmış digər fəsadların müalicəsi aparılır.

Bu müalicə də əksər hallarda effektiv olur. “Hepatit A” xroniki xəstəliyi olan uşaq və böyüklər, xüsusi ilə də şəkərli diabet, ürək-damar, mədə-bağırsaq traktı, qaraciyər çatışmazlığı və zədələnmələri olan şəxslərdə ciddi şəkildə həyati təhlükəyə yol açır. Xəstəliyin yoluxma səbəbi isə daha çox sanitar-gigiyenik şəraitin tam bərbad olması, çirkab sulardan qaynaqlanır.

Buna görə də, yediyimiz qidalara, meyvə-tərəvəzin yaxşı yuyulmasına və düzgün şəkildə hazırlanmasına diqqət etməliyik. Bu cür hallar “hepatit A” virsunun artmasına və yoluxduruculuq qabiliyyətini epidemiya səviyyəsinə çıxarır. “Hepatit A” virusundan qorunmağın ən yaxşı yolu peyvəndlənmədir”.

Aysel Şahmar


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az