20.05.24 | Bakı 22.03° C |
18:05:30
Lent :

Azərbaycanda reklam olunan dərman: Onu Avropada uşaqlar niyə tövsiyə etmirlər?

18:00 30.01.2024
SƏHİYYƏ
ads

İqtisadçı Samir Əliyev Avropa ölkələrinə səfər etdiyi zaman apteklərdən öz uşaqları üçün hərarəti (qızdırma) aşağı salan dərman və “D” vitamini aldığını bildirib. Bu barədə sosial şəbəkədə status paylaşan iqtisadçı vurğulayıb ki, xarici ölkələrdə hər dəfə aptekdən uşaqlar üçün “Nurafen” dərmanı almaq istəyəndə əczaçılar bunun güclü təsirə malik olduğunu əsas gətirərək, başqa dərman təklif ediblər. S.Əliyevin sözlərinə görə, Fransa, Belçika və İtaliyadakı apteklərdə əczaçılar ona nisbətən az təsirli dərman verərək tövsiyə ediblər ki, əgər həmin dərmanlar uşağın hərarətini aşağı salmazsa, yalnız bu zaman həkim məsləhəti ilə “Nurafen” vermək olar. İqtisadçı Azərbaycanda “Nurafen”in hər yerdə reklam olunduğunu, azyaşlıların hərarəti yüksələn kimi valideynlərin dərhal aptekdən bu dərmanı alıb uşaqlara verdiyini diqqətə çatdırıb.

Hərarəti yüksək olan uşaqlara dərhal “Nurafen” verilməsi düzgündürmü? Əgər “Nurafen”dən imtina edilərsə, onu nə ilə əvəzləmək, uşaqlarda hərarəti aşağı salmaq üçün hansı dərmanlardan istifadə etmək doğru olar? Ümumiyyətlə, dərmansız istiliyi aşağı salmaq olarmı?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan həkim-pediatr Siyavuş Ağayev söyləyib ki, hərarəti yüksək olan uşaqlara dərhal dərman verilməsi düzgün yanaşma deyil. Həkimin sözlərinə görə, hərarəti aşağı salmaq üçün ilk öncə mexaniki metodlardan yararlanmaq lazımdır: “Dünya alimlərinin icadı olan “Nurafen” uşaqların hərarətini ən yaxşı aşağı salan dərmandır. Bu dərman həm istilik endirir, həm də ağrını kəsir. Əgər “Nurafen” tapılmazsa, ibufen tərkibli dərmanlardan istifadə etmək olar. Onlar həm iltihab əleyhinə təsir göstərir, həm də istilik salıcıdır. Əslində hərarəti olan uşaqlara dərhal dərman verilmir. Hərarət uşaqlarda xəstəliyə qarşı müqavimətin artmasının göstəricisi, immun sistemin cavab reaksiyasıdır. Yəni bədən xəstəliyə qarşı müqavimət göstərir. Normal uşaqlarda hərarət 38 dərəcəyə qədərdirsə, bu, təhlükəli deyil. Amma bəzi uşaqlarda qıcolma təhlükəsi olduğuna görə, hərarəti aşağı salan dərmanlardan, preparatlardan, şamlardan istifadə olunur. Bu dərmanlar arasında da ən yaxşı təsir edən, hərarəti aşağı salan “Nurafen” və ibufen tərkibli dərmanlardır. “Parasetamol” tərkibli suspenziyalar da eyni tərkiblidir və hərarət salıcıdır. Amma hərarəti olan uşaqlara dərman verməzdən öncə istiliyi endirmək üçün xüsusi metodlardan yararlanmaq gərəkdir. Bu metodlar uşağın əynindəki paltarı yüngülləşdirmək, bədəni ilıq su ilə silmək, ayaqları ilıq su vannasına qoymaq və sairdir. İlk öncə bunlara riayət olunmalıdır. Əgər bu metodlar təsir etməzsə, yalnız o zaman dərmanla hərarəti salmaq olar”.

Pediatr S.Ağayev vurğulayıb ki, son dövrlər valideynlər uşaqlarda yüksək hərarət müşahidə edən zaman damara sistem qoyulması üsuluna üstünlük verirlər. Onun sözlərinə görə, hərarəti olan uşağa vaxtından tez sistem qoyulması xəstəliyi daha da ağırlaşdırır: “İndi dəb halına düşən digər bir məsələ də var. Uşaqda istilik olan kimi ona sistem qoymağa üstünlük verirlər. Yəni damara damcı yolu ilə iynə vururlar. Halbuki bədəndə maye azalan zaman sistem qoyulmalıdır. Bunlardan çəkinmək lazımdır. Elə qızılca xəstəliyinin ağırlaşmasının səbəbi vaxtından tez pasiyentə güclü sistem qoyulması, iynə-dərmanların qəbul edilməsidir. İnsanda virusun yarımparçalanma və bədəndən xaricolma dövrü var. Həmin dövrdə ancaq simptomatik nəzarət olunmalıdır. Unutmaq olmaz ki, çox güclü təsirə malik olan dərmanların qəbul edilməsinin güclü fəsadları da ola bilər”.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    22.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az