24.04.24 | Bakı 26.03° C |
13:04:14
Lent :

Avropada meymunçiçəyinə yoluxanların sayı son iki həftədə üç dəfə artıb

12:01 02.07.2022
SƏHİYYƏ
ads

"Avropa regionunda meymunçiçəyi xəstəliyinə yoluxanların sayı son iki həftə ərzində üç dəfə artaraq 4,5 mini nəfəri keçib, infeksiyanın yayılması qarşı mübarizə üçün təcili tədbirlər görülməlidir".

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge bildirib.

Onun sözlərinə görə, bütün dünyada yoluxanların demək olar ki, 90%-i Avropanın payına düşür. O əlavə edib ki, yoluxma hallarının əksəriyyəti 21-40 yaş arası insanlar arasında qeydə alınıb, onların 99%-i kişilərdir.

Hans Klüqe vurğulayıb ki, xəstələrin təxminən 10%-i ya müalicə, ya da təcrid üçün xəstəxanaya yerləşdirilib, bir xəstə isə reanimasiya şöbəsinə yerləşdirilib: "Bu günə qədər ÜST ölümlərlə bağlı məlumat almayıb".

TEGLƏR
Müəllif : Qutb .az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az