İngiltərə 2022/2023 mövsümü üçün UEFA əmsalları cədvəlində birinci olub.
İkinci pillədə İspaniya, üçüncü yerdə isə Almaniya qərarlaşıb.
Yekun cədvəl UEFA-nın rəsmi saytında dərc olunub. Ölkələrin son reytinqinin ilk onluğu aşağıdakı kimidir:
| İngiltərə | 109.570 |
| İspaniya | 92.988 |
| Almaniya | 82.481 |
| İtalya | 81.926 |
| Fransa | 61,164 |
| Niderland | 59.900 |
| Portuqaliya | 56,216 |
| Belçika | 42.200 |
| Şotlandiya | 36.400 |
| Avstriya | 34.000 |
Xatırladaq ki, İngiltərənin “Mançester Siti” və “Vest Hem Yunayted” klubları müvafiq olaraq Çempionlar Liqasının və Konfrans Liqasının qalibi olub. İspaniya “Sevilya”sı isə Avropa Liqasını qazanıb.