05.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

"Qara bazar"dan şikayətlənirdi, özü də saxlanıldı

05 noy 2025 06:00
İDMAN
ads

Bu gün "Qarabağ" - "Çelsi" futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxs müəyyən edilərək kiberpolis tərəfindən saxlanılıb.

 

Qutb.az xəbər verir ki, saxlanılanlar arasında olan Rəşad Həsənov Baku TV-yə müsahibəsində bildirib ki, matça bilet almağa çalışsa da, səyləri uğursuz olub.

 

Bir müddət sonra isə o, kiberpolis əməkdaşları tərəfindən qeyri-qanuni yolla bilet satdığı üçün saxlanılıb.

 

Qeyd edək ki, bu gün keçirilən tədbirlər nəticəsində sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də "qara bazar"da dəyərindən daha artıq qiymətə bilet satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov saxlanılıblar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur