24.07.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Ramanada qətl törədən yeniyetməyə hökm oxundu - VİDEO

21 iyl 2025 14:00
HADİSƏ
ads
Advertisement

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Qutb.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasə E.Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Ramana qəsəbəsində baş verib. İttihama görə, 2008-ci il təvəllüdlü E.Süleymanov Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində aralarında yaşanmış mübahisə zamanı 2004-cü il təvəllüdlü Xəyal Nağıyevi kəsici alətlə qətlə yetirib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yetkinlik yaşına çatmayan E.Süleymanov şübhəli şəxs qismində tutulub.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur