05.12.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Yağışla bağlı bu yollarda tıxac var - SİYAHI

05 dek 2025 17:00
GÜNDƏM
ads

Həm davam edən yağmurlu hava şəraiti, həm də həftəsonu olduğu üçün paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Qutb.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, sıxlığın azaldılması məqsədilə yol polisi əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür. Texniki nasaz avtomobillər yolda qaldıqda, yol-nəqliyyat hadisələri baş verdikdə dərhal əraziyə evakuatorlar cəlb olunaraq nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri həyata keçirilir.

Hazırda

1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

5. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

9. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

12. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

13. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

15. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur