24.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

Şəhərsalma və memarlıq sahəsində qanunvericilik YENİLƏNƏCƏK

24 dek 2025 15:00
GÜNDƏM
ads
Advertisement

Prezidentin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, bu sahənin həm də iqtisadi, sosial və mədəni inkişafın strateji aləti kimi dəyərləndirildiyini göstərir. Şəhərlərin planlanması, ictimai məkanların funksionallığı, tarixi-memarlıq irsinin qorunması və yeni tikinti mühitinin keyfiyyəti ilə bağlı məsələlər bu il çərçivəsində qanunvericilik müstəvisində də yenidən gündəmə gətiriləcəyi istisna edilmir.

Qutb.az 2026-cı il həm urbanistik yanaşmaların, həm də milli memarlıq üslubunun qorunması sahəsində qanunvericilikdə hansı dəyişikliklərin olacağı da maraq doğurur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının böyük əhəmiyyəti olduğunu qeyd edib.

“Ölkəmiz son illərdə yeni şəhərlərin salınmasında və mövcud şəhərlərin yenidən qurulmasında böyük təcrübə qazanıb. Şəhərsalmanın milli-tarixi üslubu saxlanılmaqla müasir memarlıq üslubunda yenidən qurulması şəhərlərimizi dünyanın ən gözəl şəhərləri arasında yer almasına imkan yaradıb. Şəhərlərin müasir üslubda yenidən qurulması həm də iqtisadi artımın əldə olunmasına yol açır. Belə ki, müasir şəhərlərdə iqtisadi həllər də müasir olur. Bu da şəhərlərimizin daha inkişafına və cəlb ediciliyinə yol açır”. 



Deputat işğaldan azad olunmuş ərazilərdə salınan yeni şəhərlər müasir texnologiyalar üzərində qurulmaqla ağıllı şəhərlərə çevrilməsini xüsusilə vurğulayaraq yeni tikilən şəhərlər bərpa olunan enerji resusları ilə təmin olunduğunu qeyd edib.  

“Gələn ilin “Şəhərsalma və memarlıq İli” elan olunması fonunda həm də 2026-cı ilin 17-22 may tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçirləcəkdir. Bu Forumda iştirak etmək üçün ölkəmizə çoxlu sayda şəhərsalma və memarlıq sahəsində təcrübəsi olan mütəxəsislər, rəsmi qonaqlar gələcəklər. Təbii ki, biz özümüzün şəhərsalma təcrübəmizi xarici tərəfdaşlarla bölüşəcəyik və onların səmərəli təcrübəsini şəhərlərimizin yenidən qurulmasında istifadə edəcəyik. Bu baxımdan 2026-cı il ölkəmizin şəhərsalma və memarlıq sahəsində yeni bir inkişafa təkan verəcək dövür olacağını hesab edirəm” – deyə A. Badamov qeyd edib.

Azər Badamov gələn il şəhərsalma və memarlıq sahəsini əhatə edən qanunveriliciyin dəyişəcəyini də deyib:

“Mövcud qanunvericliyimiz müasir şəhərlərin inkişaf etdirilməsinə imkan verir. Amma şəhərlərin yeni memarlıq üslublarda tikilməsi genişləndikcə tələblər və standartlar da dəyişilməlidir.  Yəni qanunlar dövrün tələbləri ilə ayaqlaşmalı və inkişafın daha şəfaf, təhlükəsiz  və keyfiyyətli icrasına  yol açmalıdır. Qanunlar reallığın arxasınca getməməlidir, - reallığın inkişafına şərait yaratmalıdır. Bu baxımdan gələn ildə şəhərsalma və memarlıqla bağlı qanunvericilikdə dəyikliklərin ediləcəyi gözləniləndir”.



Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva bildirib ki,  növbəti il BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası Bakı şəhərində keçiriləcəkdir. Bu, dünya miqyasında şəhərlərin gələcəyinin müzakirə olunduğu, ideyaların, konsepsiyaların və strateji baxışların formalaşdığı nəhəng  platformalardan biridir. 

“Forumun ölkəmizdə gerçəkləşdirilməsi ilə paytaxtımız qlobal şəhərsalma dialoqunun mühüm ünvanına çevriləcəkdir. Bu, ilk növbədə Azərbaycanın şəhərsalma mədəniyyətinin dünya səviyyəsində yüksək dəyərləndirilməsidir və digər tərəfdən ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun, aktual əhəmiyyətli proseslərin aktiv iştirakçısı kimi artan rolunun bir daha təsdiqidir”.

Eyni zamanda düşünürəm ki, biz “Şəhərsalma və Memarlıq İli”nin arxasında dayanan dərin mənəvi məzmunu düzgün şəkildə dərk etməyi bacarmalıyıq:

“Mədəniyyət bütövlükdə cəmiyyətin ortaq sərvətidir, şəhərsalma və memarlıq da eyni dərəcədə hamıya aiddir. Çünki, şəhər mədəniyyəti və memarlıq, ilk növbədə ölkəmizə və xalqımıza məxsus olan milli mədəni irsin ayrılmaz tərkib hissəsidir. Bu, insanın yaşadığı məkanla qurduğu mənəvi münasibətdir, gündəlik həyatımızın bir parçasıdır, tarixi yaddaşımızın estetik ifadəsidir.

Baxın, XIX əsrdə Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, görkəmli şairə Xurşidbanu Natəvan böyüyüb boya-başa çatdığı doğma Şuşanın abadlığını özünün mənəvi borcu hesab edirdi, şəhərə bulaqlar çəkdirir, körpülər, yollar saldırır, məktəblər, məscidlər inşa etdirirdi”. 

Günay Əfəndiyeva bildirib ki, XXI əsrdə dövlətin fəaliyyətində həmin dəyərlərin davamını hiss edirik:

“Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimiz tərəfindən azad Şuşada və bütövlükdə Qarabağ ərazisində, illər boyu dağıntılara məruz qalmış şəhər və kəndlərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, tarixi memarlıq abidələrimizə  yenidən həyat verilir. Şəhərlərimiz beynəlxalq səviyyəli dünya şəhərlərinə çevrilir.
“Düşünürəm ki, şəhərlər də əslində bir canlı orqanizm kimidir. Yəni, milli kimliyi yaşadan, zamanlar arasında körpü salan canlı bir orqanizmdir. Bununla bağlı, bizim hər birimizin ata biləcəyimiz çox önəmli addımlardan biri ilk növbədə öz məsuliyyətimizi dərk etməkdir. Tariximiz qarşısında, dövlətimiz qarşısında, yaşadığımızın dövr qarşısında və gələcək nəsillər qarşısında. Verdiyimiz hər bir qərarın, tikintidən tutmuş gündəlik davranışadək ümumi şəhər ruhuna təsir etdiyini anlamağımız olduqca mühümdür. Düşünürəm ki, bu cür yanaşma, memarlıq və şəhər  mədəniyyətinin, bütövlükdə milli mədəniyyətimizin ən ali mərhələsinə aparan yollardan biridir”- deyə deputat sonda qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur