23.12.25 | Bakı 4.03° C |
10:06:25
Lent :

Qripə görə sinfin 20 şagirdi dərsə gəlmir? 

22 dek 2025 23:00
GÜNDƏM
ads

Sosial şəbəkələrdə Bakı şəhəri Nizami rayonundakı 214 nömrəli tam orta ümumtəhsil məktəbində epidemioloji vəziyyətin yaranması, eyni sinifdə bir neçə şagirdin mövsümi virus infeksiyasına yoluxaraq dərsə gəlməməsi ilə bağlı iddialar yayılıb.

 

Qutb.az-ın məlumatına görə, məktəbdən bildirilib ki, 214 nömrəli tam orta ümumtəhsil məktəbində eyni sinifdə bir neçə şagirdin mövsümi xəstəliklərə yoluxması ilə bağlı iddialar həqiqəti əks etdirmir.

 

Açıqlamada qeyd olunur ki, məktəbdə dərslər ənənəvi qaydada davam edir: “Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, onların müalicə edilib tam sağalanadək digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə 214 nömrəli tam orta ümumtəhsil məktəbinin 2-ci siniflərindən birində təhsil alan 25 şagirddən 20-nin son günlərdə virus infeksiyasına yoluxduqları üçün dərslərdə iştirak etmədiyi iddia edilmişdi. (Mənbə: Azərbaycan müəllimi)

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
4.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur