19.09.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Qızılağac Milli Parkında brakonyerlik edənlər saxlanıldı

19 sen 2025 10:00
GÜNDƏM
ads
Advertisement

DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qutb.az-a verilən məlumata görə, İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbirlər zamanı Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan əvvəllər məhkum olunmuş V.İbadov və F.Qafarov saxlanılıblar. 

Baxış zamanı həmin şəxslərdən 65 ədəd müxtəlif növ balıq, ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur