20.09.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Qarpız zəhərlənmələrinin səbəbi - Bu hallara diqqət edin!

06 sen 2025 16:00
GÜNDƏM
ads

Yay mövsümünün sevilən meyvələrindən olan qarpız, təəssüf ki, hər zaman sağlamlıq üçün təhlükəsiz olmur. Son dövrlər bu meyvədən qaynaqlanan zəhərlənmə hallarının artması insanlar arasında ciddi narahatlıq yaradıb. Əsas problemlər isə məhsulun yetişdirilmə, saxlanma və satış mərhələlərində ortaya çıxır.

Mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyev Qutb.az-a danışan zaman bildirib ki, qarpızdan zəhərlənmə yay aylarında daha çox baş verir və bu kimi qida zəhərlənmələrinin bir neçə əsas səbəbi var:

“Ən çox rast gəlinən səbəb kimyəvi gübrə və pestisidlərdən normadan artıq istifadə olunmasıdır. Bəzi fermerlər məhsulu bazara daha tez çıxarmaq və iri göstərmək üçün torpağa və ya qarpızın özünə kimyəvi maddələr vururlar. Bu zaman qarpızın içərisində nitratların miqdarı normadan artıq olur. İnsanın orqanizmi bu qədər yüksək miqdarda nitratı qəbul edə bilmir və nəticədə ürəkbulanma, qusma, qarın ağrısı, halsızlıq kimi zəhərlənmə əlamətləri ortaya çıxır”.

Ekspert həmçinin vurğulayıb ki, ikinci əsas məqam qarpızın yetişmə dövrü ilə əlaqədardır:

“Normalda qarpızın təbii yetişmə mövsümü iyul-avqust aylarıdır. Əgər qarpız iyunun əvvəlində və ya çox tez bazara çıxırsa, diqqətli olmaq lazımdır. Belə qarpızların dadı da fərqli olur. Çox vaxt şirinliyindən çox turşməzə və dadsız olur”.

Qida mütəxəssisi onu da əlavə edib ki, başqa bir risk faktoru isə qarpızın saxlanma və satış şəraitidir:

“Çox zaman bazarlarda və küçə kənarlarında qarpızlar günün altında saatlarla qalır. Günəş şüası və yüksək temperatur qarpızın keyfiyyətinə və təhlükəsizliyinə təsir edir. Xüsusilə də kəsilmiş qarpızın açıq havada saxlanması təhlükəlidir. Belə halda həm mikroorqanizmlər sürətlə artır, həm də məhsul tez xarab olur. Belə olan halda qarpızı yedikdə, zəhərlənmə ehtimalı çox olur”.

A.Vəliyev onu da diqqətə çatdırıb ki, ilk növbədə istehlakçılar qarpız seçərkən diqqətli olmalıdırlar:

“Çox iri və ya normadan artıq parlaq görünən qarpızlar şübhə doğurmalıdır. Meyvənin qabığı sərt, içi isə təbii rəngdə, açıq-yaşıl qabıq, qırmızı və ya çəhrayı ətlikdə olmalıdır. Əgər kəsilmiş qarpızın içində sarımtıl ləkələr, liflənmələr və ya qeyri-təbii qırmızı rəng görürüksə, bu da nitratın çoxluğundan xəbər verir”.

O eyni zamanda bildirib ki, qarpızı alarkən yalnız bütöv şəkildə seçmək lazımdır:

“Kəsilmiş və sellofanla örtülmüş qarpızlar təhlükəlidir. Onların gigiyenik şəraitdə saxlanılıb-saxlanılmadığını bilmək mümkün deyil. Evə gətirdikdən sonra isə qarpız mütləq yaxşıca yuyulmalı, təmiz bıçaqla kəsilməlidir. Qalıqları uzun müddət otaq temperaturunda saxlamaq olmaz. Ən yaxşı halda soyuducuda yerləşdirilməlidir.

Yekun olaraq, əsas tövsiyə ondan ibarətdir ki, qarpız alarkən mövsümün ortasını gözləmək lazımdır. Yəni iyul-avqust aylarında təbii yetişmiş məhsulları seçmək daha təhlükəsizdir”,- deyə A.Vəliyev qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur