07.12.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

Özünü qərbyönümlü təqdim edən qüvvələr Rusiya ilə işbirliyi edirlər - DEPUTAT

06 dek 2025 12:00
GÜNDƏM
ads

"Müstəqil Dövlətlər Birliyində (MDB) münaqişəyə məruz qalan dövlətlər arasında ərazi bütövlüyü və suverenliyini ilk bərpa edən Azərbaycanın uğurlarını bir sıra xarici qüvvələr deyil, milli satqınlar da həzm edə bilmirlər".

Qutb.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, xaricdən gələn tapşırıqları icra edən Ramiz Mehdiyev və onun əlaltıları olan Əli Kərimli və dəstəsi artıq ifşa olunur, istintaq qarşısında cavab verirlər:

"Bu, həmçinin Milli Şuranın fiaskosu deməkdir. Xəyanətkar qrupun gizli görüşləri, məxfi məlumat mübadiləsi və təbii ki, reallaşdırılmayan planlar bir daha təsdiq edir ki, antimilli ünsürlər hər vəchlə Azərbaycanın inkişafının qarşısını almağa uğursuz cəhd ediblər. Güclü Azərbaycan hakimiyyəti və möhkəm xalq-iqtidar birliyi məhz həmin məkrli planların reallaşmasına imkan vermədi və antimilli qüvvələr əmin olsunlar ki, gələcəkdə də istənilən belə addımın qarşısı qətiyyətlə alınacaq.

Xəyanətkarlıq işində diqqəti çəkən məqamlardan biri də özünü qərbyönümlü təqdim edən qüvvələrin Rusiya ilə işbirliyidir. Necə olursa-olsun hakimiyyətə gəlmək və Azərbaycanı yenidən anarxiyaya sürükləmək istəyi bu ünsürləri fərqli cəbhələrlə əməkdaşlıq etməkdən çəkindirməyib. Xəyanət isə artıq ifşa edilib. Hüquq bu əməllərin qiymətini verəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur