Moskvada Qələbə paradı BAŞA ÇATDI
“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. Hadisənin metro sərnişinlərinə təsirinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib. Sərnişinlərin hərəkəti “28 May” stansiyası istiqamətindən təmin edilib.
Bu barədə Qutb.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, “Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.
O da vurğulanıb ki, saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.