“Vaxtilə dərsliklərdə Atropatena dövlətinin süqutu belə göstərilirdi: sonuncu hökmdar Ariovastın ölümündən sonra Atropatena dövləti müstəqilliyini itirir və süquta uğrayır. Əslində isə bu, süqut kimi deyil, daha çox müstəqilliyinin məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Yeni dərslikdə də bu yanaşma belə təqdim olunub”.
Qutb.az xəbər verir ki, bu fikirləri tarix dərsliklərinin müəllifi Ramil Tanrıverdi Təhsil TV-də yayımlanan “Xüsusi buraxılış”da deyib.
O bildirib ki, əvvəlki tarix dərsliklərində (7-ci sinif, Ümumi tarix) Qaraxanilər dövlətinin 927-ci ildə yarandığı qeyd olunurdu: “Yeni dərslikdə bu məlumat dəqiqləşdirilib və yaranma tarixi 842-ci il kimi göstərilib. Çünki Qaraxanilər dövlətinin 927-ci ildə yaranması ilə bağlı mənbələr araşdırılsa da, bu tarixə dair heç bir sübut aşkarlanmayıb”.