Şəhərdə nə qədər adam var, amma yalnızlığında boğulub...
32 illik tarix daha böyük bir əzabın qarşısı alınması üçün bir səfərbərlikdir
Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşacaq “Zirə” iştirak ərizəsini UEFA-ya göndərib.
Qutb.az xəbər verir ki, siyahıya 2-si qapıçı olmaqla, ümumilikdə 21 futbolçunun adı daxil edilib.
Qapıçılar: Aydın Bayramov, Tiaqo Silva
Müdafiəçilər: Ruan Renato, Mutsinzi Ange, Rövlan Muradov, Elçin Əlicanov, Fuad Bayramov, İssa Cibrilla, Stefan Aka, Qismət Alıyev
Yarımmüdafiəçilər: İsmayil İbrahimli, George Papunaşvili, Ayron Qomis, Hacıağa Hacılı, Rikardo Quima, Ceyhun Nuriyev, Brahim Konate
Hücumçular: Davit Volkov, Martins Junior, Vinsent Till, Abdul Aziz Batibie.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.