02.12.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

“İnanın ki, nazirlər telefonu qaldıracaq, deputatlara cavab verəcəklər”

02 dek 2025 13:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycanın dövləti də, ali rəhbərliyi də, hakimiyyəti də, hökumət sistemi də, müharibədən total hücumlara, hibrid təzyiqlərə və təhdidlərə məruz qalmaqdadır. Sanki hərbi meydandakı proseslər informasiya məkanına daşınıb və biz informasiya suverenliyimizə gündəlik olaraq ciddi informasiya tullantılarının, qəsbkar təxribatlarının edildiyini görürük.

Son dövrlərdə süni intellekt məhsulları ilə dövlət məmurlarının hərəkətlərini canlandıraraq, insanlar qarşısında saxta mənzərələr yaradırlar. Bu onların şəxsi həyatına, ailə həyatına, işgüzar imicinə və siyasi reputasiyasına edilən qəsdlərdir.

Qutb.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Komitə sədri bildirib ki, “Made in Azərbaycan”, “Baku Times”, “Hamam Times”, “Azad Söz” və adlarını çəkməyə layiq olmayan digər media qurumlarına qarşı mübarizə aparmaq, bunun üçün büdcədən pul ayrılması önəmlidir. 1 milyard avro - son dövrlərdə Avropa Birliyinin bu istiqamətdə “Russia Today” və digər platformalara qarşı mübarizə üçün ayırdığı vəsaitdir.

“Onlar bütün bu texnoloji platformaları - “Facebook”, X (keçmiş Twitter), “YouTube” və digərlərini hökumət və parlament binalarına dəvət edirlər. Bizdə isə bu yoxdur. Halbuki biz də onları ölkəmizə dəvət etməliyik. Onların ölkəmizdə rəsmi ofisləri olmalıdır ki, “fake news”lara qarşı hüquqi cavab mexanizmi formalaşsın. Bu artıq Trampın dediyi kimi sadəcə saxta xəbər istehsalı deyil – “deepfake” dövrüdür. 

Sadə insanlar saxta ilə gerçəyi ayırd edə bilmir. Bu səbəbdən hökumət büdcə siyasətində birinci yerə məhz informasiya təhlükəsizliyini qoymalıdır. O texnologiyalar, o avadanlıqlar ölkəmizə gətirilməlidir. Bütün o korporasiyaların, qurumların rəsmi ofisləri Azərbaycanda açılmalıdır. Ən yaxşı büdcə artıq təkcə ərazi bütövlüyü və siyasi suverenliyi qoruyan büdcə deyil, həm də informasiya məkanını qoruyan büdcədir. Əgər biz buna nail olsaq, inanın ki, nazirlər telefonları da qaldıracaqlar, deputatlara daha yüksək əhval-ruhiyyə ilə cavab verəcəklər, xalqın da razılığı daha çox olacaq” – deyə Z. Oruc bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur