12.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Kürdəmirə də yeni icra başçısı təyin olundu

12 noy 2025 14:00
GÜNDƏM
ads
Advertisement

Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qutb.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, bu təyinatadək Elşən Həsənli Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışırdı.

Elşən Həsənli 2006-cı ildə  Azərbaycan  Respublikası   Prezidenti     yanında Dövlət     İdarəçilik   Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət     İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.

2012-2014-cü illərdə Bakı  şəhəri, Suraxanı Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.

2014-2022-ci illərdə Bakı  şəhəri, Sabunçu  Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. daha sonra bu rayonda başçının I müavini işləyib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur