18.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Hakim təyin olunan vəkillər təltif edilib

18 iyl 2025 11:00
GÜNDƏM
ads

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində hakim vəzifəsinə yeni təyin edilən vəkillər təltif edilib.

Qutb.az xəbər verir ki, tədbirdə çıxışı edən VK sədri Anar yeni təyin olunan hakimlər arasında 9 nəfərin Kollegiya üzvü olduğunu çox yüksək göstərici kimi qiymətləndirərək, bu rəqəmin vəkilliyin ölkənin məhkəmə sistemində də etibarlı kadr bankına çevrildiyini ifadə edib.

VK-nın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirən sədr hakim təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarına töhfə verəcəyinə inandığını bildirib, onların hər zaman qanunun aliliyinə, etik davranış qaydalarına sadiq qalacağına əmin olduğunu söyləyib, bu şərəfli missiyada uğurlar arzulayıb.  

Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanlarla təltif olunublar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur