25.12.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Görüşə bilmədiyi qəhrəman bibisinin məzarına gedən 2 yaşlı Cəlil - FOTO 

25 dek 2025 11:00
GÜNDƏM
ads

Bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümüdür.

Qutb.az-ın əməkdaşı faciədə həyatını itirən Milli Qəhrəman, stüardessa Hökumə Əliyevanın məzarını ziyarət edərkən 2 yaşlı Cəlil Əliyevlə qarşılaşıb. 

Ailəsinin sözlərinə görə, əgər hər şey qaydasında olsaydı, balaca Cəlil Yeni il günü bibisi Hökumə ilə görüşəcəkdi. Lakin taleyin amansızlığı buna imkan vermədi. Hazırda o, körpə yaşına baxmayaraq, ailəsi ilə birlikdə bibisinin məzarını ziyarət edir. Cəlilin məzar daşına uzanan balaca əlləri, sanki, heç görmədiyi, amma haqqında çox danışılan qəhrəman bibisinə bir salamdır.

Hökumə Əliyeva Azərbaycan qadınının cəsarətini, fədakarlığını və Vətən sevgisini özündə yaşadan qəhrəmanlardan biridir. Onun xatirəsi bu gün balaca bir uşağın gözlərində yenidən canlanır.

Cəlilin bibisi ilə görüş arzusu reallaşmasa da, Hökumə Əliyevanın qəhrəmanlığı onun ailəsində və yaddaşlarda yaşayır.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
166 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur