23.07.25 | Bakı 27.03° C |
10:06:25
Lent :

Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir - Ceyhun Bayramov

22 iyl 2025 16:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması üçün Ermənistanda referendum keçirilərək konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı, həmçinin ATƏT-in Minsk qrupu ləğv edilməlidir.

Qutb.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramovun sözlərinə görə, referendumun keçirilməsi, həmçinin artıq əhəmiyyətini itirmiş və faktiki mövcud olmayan Minsk prosesi təsisatlarının, o cümlədən Minsk qrupunun ləğvi istiqamətində addımların atılması zəruridir.

Nazir qeyd edib ki, görüş zamanı Maka Boçorişviliyə işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işləri barədə, həmçinin keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışı prosesi barədə məlumat verib, mina probleminin təhlükəsiz qayıdışın qarşısında əsas problem olaraq qaldığını vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
27.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur