14.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

DYP piyadalara müraciət etdi

14 noy 2025 10:00
GÜNDƏM
ads

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Bu barədə Qutb.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, piyada vurma hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadalar yollarda daha diqqətli və məsuliyyətli davranmalıdırlar.

"Müşahidələr göstərir ki, piyada vurulması ilə nəticələnən qəzaların böyük hissəsi piyadaların yolu müəyyən olunmamış yerlərdən keçməsi, nəqliyyat vasitələrinin qarşısına qəfil çıxması, yolu keçərkən ətrafı lazımi qədər qiymətləndirməməsi və ümumilikdə qaydalara etinasız yanaşması ilə bağlıdır. Bu cür qayda pozuntuları bir çox hallarda ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur".

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara xatırladır ki, yolu yalnız piyada keçidlərindən, yeraltı və yerüstü keçidlərdən istifadə etməklə keçmək, svetoforun siqnallarına əməl etmək və hərəkətə başlamazdan əvvəl sürücülərlə göz təması yaratmaq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir:

"Yolu keçərkən mobil telefondan və qulaqcıqlardan istifadə diqqəti yayındırır və qəza ehtimalını artırır. Eyni zamanda dayanmış nəqliyyat vasitələrinin önündən qəfil yola çıxmaq və qaçaraq yolu keçməyə cəhd etmək həyatınıza bir anda son qoya bilər, çünki bu hal sürücülərin sizi vaxtında görməsini və manevr etməsini demək olar ki, mümkünsüz edir.

BDYPİ piyadaları bir daha qaydalara ciddi əməl etməyə, yolu keçərkən diqqətli və məsuliyyətli olmağa çağırır.

Unutmayaq ki, təhlükəsiz davranış nümayiş etdirən hər bir piyada həm öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini qorumuş olur".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur